"İstintaqla sövdələşmə nəzərdən keçirilmir" - İcra başçısının məhkəməsi davam edir

img

11-12-2018 [19:57]


Gürcüstanın Rustavi şəhər Məhkəməsində Marneuli rayonunun keçmiş icra başçısı Temur Abazovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Mia.az "Report”a istinadən xəbər verir ki, prosesdə ekspert-kriminalistlər və həkim-psixiatrlar dindirilib.

Prokuror Giorgi Lobcanidze bildirib ki, iş üzrə psixoloji, bioloji və tibbi ekspertiza aparmış ekspertlər ittiham tərəfi üçün vacib olan rəyləri təqdim ediblər.

O qeyd edib ki, T.Abazov günahını etiraf etməklə bağlı sövdələşməyə getmək istəyir, lakin hələlik onun tərəfindən rəsmi müraciət olunmayıb.

Vəkil Merab Çikovani isə bildirib ki, bioloji ekspertiza ilə işlə bağlı aşkar olunmuş bioloji materialların T.Abazova aid olmadığı müəyyən olunub.

O deyib ki, hazırkı mərhələdə istintaqla sövdələşmə nəzərdən keçirilmir: "Biz bu məsələni Temur Abazovla müzakirə etməmişik”.

İş üzrə növbəti məhkəmə iclası dekabrın 13-nə təyin olunub.

Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Günahı yerinə yetiriləcəyi təqdirdə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı