"Azərbaycanda korrupsiyanın kökünü kəsməkdən ötrü..." - Partiya sədrindən təklif

img

11-12-2018 [17:56]


"Dinin korrupsiyanın kökünün kəsilməsində elə bir böyük rolunun olduğunu düşünmürəm”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Qazaxıstanın Şimkent şəhərinin bütün məscidlərində korrupsiyaya qarşı mübarizə üzrə aparılan islahatlara münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, Qazaxıstandan fərqli olaraq Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün məscidlərimizdə təbliğat aparmaqla nəyəsə nail olmaq mümkün deyil:

"Korrupsiyanın qarışını almaq üçün ilk olaraq dövlətin özü işə başlamalıdır. Bizdə dini rəhbərin özü də korrupsionerdir. Bunlar gedib məsciddə necə dua edəcəklər ki, korrupsiyanın kökü kəsilsin. Dinin korrupsiyanın kökünün kəsilməsində elə bir böyük rolunun olduğunu düşünmürəm. Bunun qarşısını almaq üçün insanların hamısı öz iradəsini ortaya qoymalıdır. Rüşvət alanlar əslində vəzifəsi olan adamlardır. Səlahiyyəti olmayan adam heç vaxt korrupsiyaya qurşanmır. Məmurlar insanları incidirlər, qanunla işlərini görmürlər və insanlar da məcbur olub onlara rüşvət verir. Ona görə birinci növbədə qanun aliliyi təmin olunmalıdır, bu olmayan yerdə həmişə rüşvət baş alıb gedir. Azərbaycanda özünüz də şahidi oldunuz ki, "Qaçqınkom”un keçmiş sədri Əli Həsənovun 2 milyard manat korrupsiya faktı ortaya çıxdı. Ona görə də bizim məmurları "Qurani-Kərim”ə də and içdirsən, yenə rüşvət alacaqlar.

Düşünürəm ki, Azərbaycanda korrupsiyanın kökünü kəsməkdən ötrü bu istiqamətdə addımlar atan ölkə başçısına kömək etməliyik və o, da görməlidir ki, xalq tərəfindən ona dəstək var. Təklif edirəm ki, Azərbaycanda bir neçə vitse-prezident vəzifəsi olsun, birinə də məni təyin etsinlər və korrupsiyanın qarşısını almağı mənə tapşırsınlar. Bir aya korrupsiyanın kökünü kəsməsəm, gəlib məni güllələsinlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı