UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının biletləri... - Qiymətlər

img

11-12-2018 [15:42]


 Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının biletlərinin qiymətləri və satışa çıxarılacağı tarix müəyyənləşib. 

Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, həlledici qarşılaşmanın ən ucuz bileti 35 avro, ən bahalısı isə 130 avro olacaq: "Birinci kateqoriyalı biletlər daha baha, dördüncü kateqoriyalılar isə daha ucuzdur. Bu, UEFA-nın standart yanaşmasıdır. Ötən il Fransanın Lion şəhərində keçirilmiş final oyununda biletlərin satış bazarı fərqli olsa da, UEFA üçün Avropa Liqası eyni səviyyəli brendir. Səhv etmirəmsə, Fransadakı finalda orta qiymət 95 avro idi. Bizdə isə ortalama 70 avro olacaq. Təbii ki, VİP biletlər daha bahalıdır. UEFA öz brendinə eyni yanaşır. Amma Bakıdakı finala biletlər bir qədər ucuz olacaq".  

E.Məmmədov biletlərin 2019-cu il martın ilk həftəsindən onlayn satışda olacağını da diqqətə çatdırıb: "Azarkeşlər birinci, ikinci, üçüncü və dördüncü kateqoriyalı yerlərə biletləri onlayn formada əldə edə bilərlər. VİP biletlər isə artıq satışdadır". 

Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR