"Sizlərlə güldüm, sizlərlə sizlərlə ağladım" - Aygün Kazımova

11-12-2018 [11:06]
Xalq artisti Aygün Kazımova qazandığı "Altun kelebek" mükafatı barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, "İlin qadın müğənnisi" nominasiyasında mükafatla bağlı sənətçi sosial şəbəkədəki səhifəsində bildirib:

"30 illik səhnə fəaliyyətim ərzində sizlərlə sevindim, sizlərlə güldüm, sizlərlə sevdim, hətta sizlərlə ağladım. Hər zaman ən gözəl və ən çətin günlərimdə məhz sizlərə güvəndim. Uğurlarımızın sırasına daha biri yazıldı. Bu uğur bizim hamımızındır. Yanımda olan və olmayan hər bir azərbaycanlımın…

Bütün bunlar üçün ilk olaraq Allahıma, daha sonra ailəmə, dostlarıma və məni Aygün edən milyonlarla sevənlərimə və hətta sevməyənlərimə borcluyam. Bəli, zirvəyə qalxmaq çətindir, amma zirvədə qalmaq daha çətindir. Çünki daha gedəcəyin yol aşağıdır. Mənim yolum isə hələ indi başlayır".


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...