"Gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların 15-i “isti izlər”lə açılıb" - DİN açıqlama yaydı

img

11-12-2018 [10:01]


"Azərbaycanın daxili işlər orqanlarında ötən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 15-i "isti izlər”lə açılıb".

Bu barədə SMia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub: "Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib".

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR