Eldar Əzizov tabeliyindəki məmurların təftişinə başladı – Araşdırma aparır

img

10-12-2018 [14:55]


Hazırda Bakı şəhər İcra Hakimiyyətində Hesablama Palatasının "Bakı şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində həyata keçirdiyi auditin nəticələri araşdırılır və öyrənilir. 

Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, auditin nəticələri ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Əsasnaməsində məhəllədaxili yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılması nəzərdə tutulsa da, bu istiqamətlərdə müəssisənin fəaliyyəti auditin əhatə etdiyi dövrdə qənaətbəxş olmayıb. Genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması ilə bir çox küçə və prospektlərdə işıq nöqtələrinin sayında dəyişikliklər baş versə də, istismarı planlaşdırılan işıq nöqtələrinin sayı təxmini hesablamalarla müəyyənləşdirilib. Küçələrin işıqlandırılması xərclərinə ayrılmış vəsaitdən memarlıq abidələrinə aid olan arxitekturalı binaların fasadlarının və yaşayış binalarının giriş hissələrinin işıqlandırılmasından əlavə illik enerji xərcinin 29%-ni təşkil edən digər işıqlandırmalar həyata keçirilsə də, müəssisənin Əsasnaməsində müvafiq dəyişikliklər edilməyib. 
 
29 ədəd nəqliyyat vasitəsinə normadan artıq yanacaq silinib, avtoqəza və digər qəzalar zamanı işıq dirəklərinə dəymiş ziyana görə müxtəlif mənbələrdən ödənilmiş vəsait xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə xərclənib. Əməyin ödəniş dərəcəsi düzgün müəyyən edilməyərək artıq əmək haqqı xərcinə yol verilib.2017-ci ilin yanvar-aprel aylarında 14 halda dövlət satınalmaları tətbiq edilmədən müxtəlif icraçılardan birbaşa bağlanılmış müqavilələrə əsasən mal-materialların alışı həyata keçirilib. 2017-ci ildə balansında olan işıq dirəklərinə avtomobil qəzası ilə dəymiş ziyana görə dəyərin təqsirkar şəxslərdən alışı təmin edilməyib və müəssisənin debitor borcuna daxil edilməyib.  Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul edib. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması, o cümlədən Müəssisənin Əsasnaməsi ilə fəaliyyəti arasındakı uyğunsuzluqların həll edilməsi, istismarı planlaşdırılan işıq nöqtələrinin dislokasiyasının tərtib olunması, təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan xərclərin büdcə vəsaiti hesabına ödənilməsi hallarına yol verilməməsi, həmçinin hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün Qərarın surəti  Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Baş Maliyyə İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə (Təqdimatla birlikdə) göndərilib/bakupost.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı