Gəncə İcra Hakimiyyətində daha bir dəyişiklik - Məktəb direktoru icra başçısının müavini oldu

img

10-12-2018 [14:07]


 Gəncə Şəhər İcra Hakimiyyətində (İH) yeni təyinat olub.

Mia.az "Report"a istinadən bildirir ki, Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyəti başçısının müavini - İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR