Külli miqdarda qanunsuz siqaretə görə 3 nəfər həbs olundu - Video

img

10-12-2018 [13:20]


Vergilər Nazirliyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında nəzarət tədbiri keçirib.

Nazirlikdən Mia.az-a daxil olan xəbərə görə, vergi nəzarəti tədbiri zamanı müəyyən edilib ki, adı çəkilən şəxslər aksizsiz tütün məmulatlarını və alkoqollu içkiləri satış üçün saxlamaq və satışını təşkil etmək məqsədi ilə mağazada gizli saxlanc yerləri quraşdırıblar. Tədbir zamanı həmin gizli saxlanc yerləri müəyyən edilərək, külli miqdar təşkil edən aksizsiz tütün məmulatları və alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı) cinayət işi başlanılıb və 3 şəxs saxlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı