Yaşa görə pensiya alanların ümumi sayı niyə azalıb? - Ekspert detalları açıqladı

img

10-12-2018 [12:57]


Pensiya yaşının artırılması, həmçinin güzəştli pensiya hüququ verən şərtlərin məhdudlaşdırılması istiqamətində qanunvericilikdə edilən dəyişikliklər artıq öz nəticəsini verib. Yaşa görə pensiya alanların ümumi sayı 1990-2000-ci illərdə 19%, 2000-2010-cu illərdə 16% artmışdısa, 2010-2018-ci ilərdə 9.3% azalıb.

Mia.az xəbər verir ki, bu fikirləri tanınmış iqtisadçı ekspert Rövşən Ağayev irəli sürüb. O bildirib ki, əgər yaşa görə pensiya alanların ümumi əhaliyə nisbəti 1990-cı ildə 8.8%, 2000-ci ildə 9.2%, 2010-cu ildə 9.5% olmuşdusa, 2018-ci ildə 7.9%-ə enib. Yəni bu, ən azından son 30 ilin ən aşağı göstəricisidi:

"Məlumat üçün deyim ki, hazırda inkişaf etmiş ölkələrdə əhalinin orta hesabla 20%-i dövlətdən yaşa görə pensiya alır. Göründüyü kimi, bizdə bu göstərici təxminən 3 dəfə aşağıdır və pensiya sisteminin dayanıqlı maliyyə bazasının qurulması baxımından çox əlverişli imkandır. Həm əhalinin daha az hissəsinin yaşa görə pensiya alması, həm də pensiyaların məbləğinin əhəmiyyətli dərəcdə aşağı olmasının nəticəsidir ki, hazırda Azərbaycanda pensiya xərclərinin ÜDM-də payı təxminən 5-6%-dir. Bir çox inkişaf etmiş ölkələrdə isə həmin göstərici 10-15% intervalında dəyişir.

Bizim üçün əsas təhlükəli məqam odur ki, kölgə iqtisadiyyatının böyük olması hesabına 1 nəfər pensiyaçının hesabına ən yaxşı halda 1 nəfər rəsmi işləyən şəxs pensiya fonduna sığorta ödəyir, inkişaf etmiş ölkələrdə bu göstərici 3-4 nəfər təşkil edir. Bizdə rəsmi sığorta ödəyənlərin də xeyli hissəsinin maaşlarınin real məbləği gizlədildiyindən Fonda 1 işləyən hesabı ilə daha az vəsait ödənir".
2016-01-04-13-49-01rovsen-agayev-yenni.jpg (300×251)
Ekspert qeyd edib ki, erkən pensiya hüququnun (45-55 yaş aralığında) geniş əhali kütləsinə verilməsinin əleyhinədir: 

"Amma yaşa görə pensiyaya çıxma həddi də həm ədalətli olmalı, həm də demoqrafik baxımından ciddi əsaslandırılmalıdır. Məsələn, bizdə orta ömür uzunluğu nəzərə alınsa, 65 yaş qocalığa görə pensiyaya çıxma üçün həddi yüksəkdir. Ən azından 2025-ci ilədək qadınları 60, kişiləri 63 saxlamaq demoqkafik şərtlər baxımından daha ədalətli olardı. 2025-dən sonra baxmaq olarda, ən azından ölkə üzrə orta ömür uzunluğu BMT-nin hesablamalarına görə 75-ə çatardısa, pensiya yaşının 65-ə qaldırılmasına baxmaq olardı".


Digər xəbərlər
SON XƏBƏRLƏR