Son iki gündə 33 nəfər saxlanıldı

img

10-12-2018 [12:01]


Respublikanın daxili işlər orqanları tərəfindən şənbə və bazar günlərində 184 cinayət faktı qeydə alınıb. Onların 22-si "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq