Leyla Əliyeva beynəlxalq forumda - Fotolar

img

10-12-2018 [11:23]


Bu gün ADA universitetində Aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir.

Forum Kənd təsərrüfatı və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, bir sıra hökumət üzvləri və xaricdən gələn qonaqlar iştirak edir.

Forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafı, müxtəlif maraqlı tərəflər arasında əlaqələrin gücləndirilməsi və dayanıqlı biznes modellərin qurulmasıdır.

Tədbirdə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycanda belə bir forumun keçirilməsi ölkəmizin etibarlı partnyor olduğunu təsdiq edir: "FAO-nun proqnozlarına görə dünya əhalisinin say 2050-ci ildə 9,4 milyarda çatacaq. Bu da o deməkdir ki, biz ərzaq ehtiyatımızı 70 faizə çatdırmalıyıq. Azərbaycanda aqrar sahənin sayı ÜDM-də də artıb Bu ilin 9 ayında kənd təsərrüfatının payı 4,3 faiz artıb. Biz kənd təsərrüfatı məhsullarını ixrac edirik. Kənd təsərrüfatını inkişaf etdirmək üçün qarşımıza qoyduğumuz məqsəd fermer və kəndliləri yardım etmək, mövcüd sahələrdə innovasiya və texnologiyaları tətbiq etməkdir. İnnovasiyanın tətbiqi sahəsində 20-30 faiz məhsuldarlıq olur. Ərzaq məhsullarının qiyməti isə 45-50 faiz aşağı düşür".



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı