Azərbaycan Premyer Liqası: "Sabah" ardıcıl 5-ci matçında qələbə qazana bilməyib

img

09-12-2018 [18:03]


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

"Report"un məlumatına görə, II dövrənin son turunun ilk oyununda "Sabah" komandası "Əlincə Arena"da "Keşlə"ni qəbul edib.

Keçmiş FIFA referisi Orxan Məmmədovun idarə etdiyi görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 34-cü dəqiqədə Sərtan Taşqın vurub. 65-ci dəqiqədə Denis Silva fərqi artırıb. Meydan sahibləri 80-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə fərqi azaldıblar.

Beləliklə, "Sabah" ardıcıl 5-ci matçını qələbəsiz başa vurub. Elşad Əhmədovun baş məşqçi olduğu kollektiv hazırda 14 oyundan 17 xalla 4-cü pillədə qərarlaşıb. Xallarını 12-yə çatdıran "Keşlə" isə yenidən 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, bu matçda "Sabah"ın ən yaxşı bombardiri Marko Deviç zədə üzündən forma geyinməyib. O, "Keşlə" ilə oyundan öncə məşqlərin birində xəsarət alıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR