Ofşor zonaların siyahısı dəyişdi - Hökumətdən yeni qərar

img

08-12-2018 [09:19]


Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nda dəyişiklik edib.

Mia.az-ın məlumatına görə, qərara əsasən Nauru və ABŞ Virgin adaları siyahıdan çıxarılıb.

Bununla da qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların satı azalaraq 15-ə düşüb. Bu siyahıya Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı