Deputat Əflatun Amaşov: "Təəssüf ki, biz bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq"

img

07-12-2018 [20:35]


"Bu gün tarixi gündür. Nəinki Azərbaycanda, bütövlükdə Şərqdə, müsəlman aləmdə ilk parlamentin fəaliyyətə başlandığı gündən 100 il ötür. Bu günkü Milli Məclis AXC parlamentinin varisidir. Yubiley münasibətilə hər kəsi təbrik edirəm".

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilmiş plenar iclasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Daha sonra o, «Avtomobil yolları haqqında» Qanuna dəyişikliyinə münasibətini bildirib: 

"Bu dəyişikliklər vacibdir və inanıram ki, yol təsərrüfatının idarə olunmasında məsuliyyətin artırılmasına gətirib çıxaracaq. Ümumən qanunun icrasına nəzarətin gücləndirilməsi önəmlidir. Mən də bu xüsusda fikirlərimi bildirmək istərdim.

Ölkəmizdə kifayət qədər müasir yollar salınıb. Yol infrastrukturu rayonları da əhatə edir. Deputatı seçildiyi Saatlı rayonunun demək olar, bütün kəndlərası yolları asfaltlanıb. Yalnız Genişkənd kəndinə gedən 2.5 kilometrlik yol qalıb. Ümüd edirəm ki, o da tezliklə çəkiləcək.

Yolların salınmasına kifayət qədər böyük vəsait xərclənib və xərclənməkdədir. Ancaq təəssüf ki, biz bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq. Burada əlbəttə, kimlərinsə işinə, yəni yol salınmasına məsuliyyətsiz yanaşması səbəb ola bilər. Amma məsuliyyətsizliyin digər tərəfi də var.

Yəqin ki, yollarda iri tonnajlı maşınların hərəkət etdiyinin şahidi olmusunuz. Bakı-Qazax avtomobil yoluna diqqət yetirin. Yolun elə hissələləri var ki, sağ zolaq bərbad haldadır. Hamısı həmin iri tonnajlı yük avtomobillərinə görədir. Onlara nəzərdə tutulduğundan artıq yük vurulur. Bu da böyük vəsaitlər xərcləyərək saldığımız yolların tez bir zamanda sıradan çıxmasına səbəb olur. Eyni vəziyyət Saatlıdan İmişliyə gedən Musalı-Məzrəli yolu üçün də xarakterikdir. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq orada ciddi problemlər yaranıb.

Xahiş edirəm ki, əlaqədar qurumlar bununla çox ciddi məşğul olsunlar. Əks halda zaman keçdikcə biz başqa fəsadların da şahidi olacağıq".

Deputat daha sonrda "Lazeryev klubu"ndan danışıb: "Fürsətdən istifadə edərək, bir məsələ ilə bağlı da fikirlərimi bildirmək istərdim. Bayaq gündəliyə keçməzdən öncə bəzi həmkarlarım Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təşəbbüsü ilə İrəvanda yaradılmış Lazeryev klubundan danışdılar. Əslində, bunda qəribə bir şey görmürəm. Ondan əvvəl də rusiyalı jurnalist Dmitri Kiselyov Qribayedov klubunu yaratmışdı. Onlar da vaxtaşı İrəvandakı restoranlarda yeyib-içərək Rusiya-Ermənistan münasibətlərindən danışırdılar. Hətta Ağrıdağ və Naxçıvanla bağlı yalançı vədlər də səslənirdi. Yuxarıda da qeyd etdim ki, bütün bunlar təbiidir. Indiyədək də olub, bundan sonra da olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq