Koçaryan yenidən həbs olunacaq? - Vəkili sualdan yayınıb

img

07-12-2018 [17:34]


 Noyabrın 15-də Ermənistan Apellasiya Məhkəməsi sabiq prezident Robert Köçəryanın həbsdən azad olunmasına Baş Prokurorluğun protestini təmin edərək birinci instansiya məhkəməsinin həbs hökmünü qüvvədə saxlayıb.

"İnterfax” xəbər verir ki, bu qərardan şikayət edəcəklərini bildirən keçmiş dövlət başçısının vəkili Hayk Alumyan eyni zamanda R.Köçəryanın məhz nə vaxt həbs olunacağını deməkdən boyun qaçırıb.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti 2008-ci ildə ölkənin konstitusiya quruluşunu devirmək ittihamı əsasında bu il iyulun 28-də İrəvanın birinci instansiya məhkəməsinin qərarı ilə həbs olunmuş, lakin daha sonra onun sabiq dövlət başçısı kimi toxunulmazlıq hüququna malik olduğu əsas gətirilərək məhkəmə qərarı ilə azadlığa buraxılmışdı/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq