Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu açıqlandı

img

07-12-2018 [13:05]


Dekabrın 8-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq