Deputat azərbaycanlı milyonçuları ittiham etdi

img

07-12-2018 [12:56]


"Ermənistanda hər zaman iqtisadi-siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi ortaya çıxır. Vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı- Tbilisi -Qars müqaviləsinin vaxtı uzadıldı və ölkələr də buna imza atdı”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, dövlət başçıları, xalqlar, millətlər arasında münasibətlər aydındır. "Bu gün Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur, niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər? İrəvanda keçirilən məlum toplantıda ("Lazerev klubu”nun iclasını nəzərdə tutur-red) erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda kimlər tədbirlər edir? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?”.

S. Novruzov söyləyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələr Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir.

"Rusiya parlamentində bir dənə Zatulin var. Amma minlərlə o cür başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeyi dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətlərini dərk etməlidirlər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR