Oqtay Əsədovdan “Lazerev klubu”na sərt etiraz: "Kökü ermənidir"

img

07-12-2018 [12:32]


"Konstantin Zatulin Rusiya Dövlət Dumasının üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub. O erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilib”.

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Spiker qeyd edib ki, Zatulin MDB-nin adına institut yaratmışdı ki həmin institut erməni diasporu tərəfindən maliyyələşir.

""Lazerev klubun”un üzvü olan Vladimir Yevseyev adındanbiri var. Mən həmin siyahıya baxanda burada ruslardan başqa bütün Rusiyada olan erməni mənşəli adamların adını gördüm. Lazerevin özü də ermənidir. Məsələ bizə aydındır. Belə cılız münasibətlərlə Rusiya Azərbaycan münasibətlərini pozmaq mümkün deyil”.

Oqtay Əsədov məsələ ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçislav Volodinə müraciət etdiyini bildirib.

"Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.

Qeyd edək ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr – 1 dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazerev klubunun” birinci iclası barədə məlumatlar yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda qeyd olunub ki, özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir.

"Təşkilatçılar tərəfindən Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür”-deyə bəyanatda bildirilib.

XİN bəyan edib ki, Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir.

"Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir. Nəhayət, "Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı