“Azercell” yeni ildən Gürcüstan və Türkiyədə istifadə edilən interneti 2 dəfə bahalaşdıracaq

img

07-12-2018 [11:30]


 Gələn il yanvarın 3-dən "Azercell Telekom” MMC-nin Gürcüstan və Türkiyə üçün roaminq xidmətində mobil internet tarifləri dəyişəcək. 

"Report”un məlumatına görə, bu dəyişiklik həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrə aiddir.

Yeni ildən həmin ölkələrdə istifadə edilən mobil internetin hər meqabaytına (MB) görə xidmət haqqı 0,99 manat müəyyən edilib. Bu isə hazırkı tarifdən 0,44 manat yaxud 80% artıqdır.

Qeyd edək ki, hazırda Türkiyə və Gürcüstanda mobil internet xidmətinin hər MB-na görə xidmət haqqı 0,55 manatdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR