06-12-2018 [14:41]
"2017- ci ildə "Astara şəhidləri” haqqında kitab çap olundu. Həmin kitabın bir nüsxəsini də mənə verdilər. Kitabı açıb baxdıq ki, qardaşım Məmmədov Ələkbər İsa oğlunun adı siyahıda yoxdur. Halbuki o, 1992- ci il döyüşləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdəqəlpə yarasından şəhid olub”.
Mia.az xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya müraciətində Astara rayon Kakalos kənd sakini Məmmədov Əsgər deyib. O bildirib ki, qardaşının adını həmin kitabda görməyəndə şoka düşüb və dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə müraciət edib:
"Şöbənin zabit rütbəli bir şəxsi mənə dedi ki, qardaşının şəhidlik statusu 2007- ci ildə onun üzərindən götürülüb. Bu necə ola bilər ki, heç bir ailə üzvünə 11 il ərzində məlumat verilməyib və şəhidlik statusu hansı haqla onun üzərindən götürülüb? Bütün kənd əhalisi qardaşımın şəhid olmasından xəbərdardır.
Xatırladım ki, qardaşım 1992- ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə Tərtər rayonu ərazisində qəlpə yarasından şəhid olub. Bununla bağlı ölüm şəhədatnaməsi da əlimizdə var. 1993-cü ilin əvvəllərində Astara Rayon XDS İcraiyyə komitəsinin qərarı ilə qardaşım Məmmədov Ələkbər İsa oğluna şəhid statusu verilmiş və bir vaxtlar təhsil aldığı Kakalos kənd 2 saylı məktəbinin də onun adına verilməsi barədə qərar qəbul edilib. Bunlar isə 14 ildən sonra hansısa komissiya yaradıblar və öz qərarlarına əsasən şəhid qardaşımın statusunu əlindən alıblar. Deyirlər ki, qardaşın avtomobil qəzasında həlak olub.
Qeyd edim ki, 2017- ci ildə kənd məktəb bizə məlum olmayan hansısa səbəblərdənsə bağlandı və uşaqlar 1 saylı kənd orta məktəbinə köçürüldü. Əslində, bu şəhidlik statusunun götürülməsində mənə məlum olan səbəblərdən biri də həmin məktəbin yerləşdiyi torpaq sahəsinə hansısa bir şəxsin iddiasının olmasıdır”.
Ə. Məmmədov qardaşının şəhidlik statusunun yenidən geri qaytarılmasını tələb edir:
"Lap tutaq ki, döyüş zamanı avtomobil qəzasında həlak olub. Müharibə şəraitidir. Düşmən gülləsinə tuş gəlib. Adicə Türkiyədə terrorla mübarizə zamanı ölən hər kəs şəhidlik statusu qazanır. Mən qardaşımın şəhidlik statusunun yenidən geri qaytarılmasını tələb edirəm”.
"Qafqazinfo” məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərib.
Sorğuya cavab olaraq bildirilib ki, müraciətdə qeyd edilən məsələ ilə əlaqədar vətəndaş Əsgər Məmmədova09.03.2018-ci il tarixli 594 nömrəli məktubla ətraflı cavab verilib.Bildiririk ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinəedilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü iltarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən, AzərbaycanRespublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarzamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.
Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölümhaqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.
Aparılan araşdırmaya və mövcud sənədlərə əsasən, mərhum Məmmədov Ələkbər İsa oğlu 930 saylı hərbi hissədə xidmət keçərkən Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarzamanı yox, xidməti vəzifəsini yerinə yetirərkən 12.07.1992-ci iltarixdə avtoqəza nəticəsində (bədbəxt hadisə nəticəsində) həlakolub.
Bu səbəbdən, mərhum Məmmədov Ələkbər İsa oğlunun"Şəhid”statusu ləğvedilmiş, şəhid ailələri üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuşgüzəşt və imtiyazların verilməsi 20.04.2007-ci ildə dayandırılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"