Şriftin ölçüsü / 227 dəfə oxunub

Hakimlərə aid kabinetdə gizli kameralar qoyulub - Dinləmək üçün

06 Dekabr 2018 [14:37]
Ispaniyanın 2-ci liqa komandalarından olan "Qranada" yeni qalmaqalla gündəmə gəlib.

Publika.az xəbər verir ki, klubun stadionunda rəqib komandalara aid soyunma otağı və hakimlərə aid kabinetdə gizli kameralar tapılıb.

Kameralar otaqda gedən danışıqları dinləmək məqsədilə quraşdırılıb. 

Bu barədə İspaniya polisi məlumat yayıb. Olaya görə klubun keçmiş prezidenti Angel Sequra məsuliyyətə cəlb olunub.

Hazırda İspaniyada Futbol Federasiyasının olayla bağlı atacağı addımlar və "Qranada" klubuna sanksiya tətbiq edib-etməyəcəyi müzakirə edilir.


SON XƏBƏRLƏR
11:32 22.02.2019
Riad Rəfiyev sədr oldu