06-12-2018 [11:53]
"Maliyyə naziri Samir Şərifovun açıqlaması devalvasiya mövzusunu yenidən gündəmə gətirib. Xüsusilə də nazirin "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” fikri müxtəlif rəylərə yol açıb”.
Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb.
O qeyd edib ki, sözügedən açıqlama 2 ay öncə - neftin hər barelinin 90 dollara yaxınlaşdığı bir ərəfədə verilsəydi, ciddi reaksiya doğurmazdı: "Ancaq indi 60 dollara qədər ucuzlaşıb, gah 58-ə düşür, gah da 62-yə qalxır. Əlbəttə, son illər özünüqoruma instinkti, güclənmiş ictimai narahatçılıq da başa düşüləndir. Ən azı 2015-ci il təcrübəsi var. İlboyu verilən rəsmi açıqlamalara rəğmən, manat dollara nisbətən dəyərini kəskin itirdi. Yeni təqvim ili isə bir qayda olaraq insanların düşüncəsində şaxta baba və yolkadan çox, qiymət artımı assosiasiyasını yaradır. Təsadüfi deyil ki, hər ilin sonu "yanvarda manat ucuzlaşacaq” kimi fikirlər gündəmi zəbt edir. Belə baxanda nazirin bu fikri ilə razılaşmaq da olar, razılaşmamaq da".
İqtisadçı deyir ki, Samir Şərifov bir tərəfdən həm də büdcə gəlirlərinin icrasına məsul olan nazirliyə rəhbərlik edir:
"Devalvasiya büdcənin "doldurulmasının” ehtiyat yollarından biri hesab edilir. Buna görə də Mərkəzi Bankdan fərqli olaraq, Maliyyə Nazirliyi devalvasiya tərəfdarı hesab olunur.
Digər tərəfdən, maliyyə naziri haqlı olaraq manatın mövcud məzənnəsinin (həm nominal, həm də real) ixraca problem yaratdığını, idxala isə dəstək verdiyini qeyd edir. Ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirməyin əsas yolu ixracı stimullaşdırmaqdır. Azərbaycan bazarı kiçik olduğundan idxalı əvəzləmə siyasəti özünü müəyyən həddə qədər doğruldur, ona xarici bazarlarda "Made in Azerbaijan” nişanlı məhsulları artırmaq lazımdır. Bütün bunlar nazirin fikri ilə razılaşdığımız məqamlardır. Bəs nədə razı deyilik? Doğrudanmı, manatın ucuzlaşması ixracı stimullaşdıracaq? Və yaxud ixraca mane olan manatın məzənnəsinin yüksək olmasıdırmı?
Kiçik bir haşiyəyə çıxım. Yuxarıdakı cümlədə "devalvasiya” sözü ona görə işlətmədim ki, "üzən məzənnə” rejimində "devaluvation” olmur, "deprecation” olur kimi irad tutula bilər. Halbuki, əhali üçün onun necə adlanmasının fərqi yoxdur. Çünki nəticə eynidir. Belə baxanda, bəyəm bizdə "üzən məzənnə” rejimi mövcuddur?".
iqtisadçı bildirib ki, məşhur "Financial Times” qəzeti 107 inkişaf etməkdə olan ölkələrdə milli valyutaların ucuzlaşmasının ixraca və idxala təsirini araşdırıb:
"Araşdırma 2013-2015-ci illəri əhatə edib. Araşdırmanın nəticəsi göstərib ki, milli valyutaların devalvasiyası ixracın artımına gətirməyib, əvəzində idxal azalıb. Bəs, Azərbaycanda devalvasiyanın ixraca töhfəsi nə olub?
Gömrük Komitəsinin rəsmi məlumatlarına inansaq, 2014-cü ildə dollar 78 qəpik olanda qeyri-neft ixracımız 1,8 milyard dollar olduğu halda, 2017-ci ildə bu göstərici 1,6 milyard dollara qədər azalıb. Halbuki bu müddətdə 1 ABŞ dolları 1,7 manata qədər bahalaşıb. Bura hökumətin qeyri-neft sektorunu stimullaşdırmaq üçün genişmiqyaslı təşəbbüslərini də əlavə etsək, nəticənin zəif olduğu görərik.
Son iki ildə müşahidə edilən artımın nə qədər dayanıqlı olacağı da sual doğurur”.
Ekspert əlavə edib ki, devalvasiyasının ixracımıza təsirinin az olmasını əsas qeyri-neft ixrac tərəfdaşımız olan Rusiyada rublun ucuzlaşması ilə əlaqələndirə bilərik: "Ancaq hamımız bilirik ki, əsas səbəb fərqlidir. Rublun baha olması ən yaxşı halda meyvə-tərəvəz ixracımızı stimullaşdıra bilir. Əsas səbəb budur ki, ixrac etməyə neft-qazdan savayı az qala heç nəyimiz yoxdur. Hələ ki xammal ixrac edən, fərqi yoxdur neft və ya qeyri-neft, ölkə statusunda çıxa bilməmişik. Məhsullarımızın keyfiyyəti xırda istisnalarla rəqabət aparmaq gücündə deyil, məhsulun maya dəyəri bahadır.
Digər səbəb idxaldan asılılığımızın yüksək olaraq qalmasıdır. Hətta ölkəni 100% təmin edən daxili istehsalın xammalını idxal edirik. Deməli, devalvasiya, həm də ixracımızı bahalaşdırır.
Daha üçüncü səbəb maliyyə sektorudur. Maliyyə sabitliyi təmin olunsa da, kövrəkliyini saxlayır. Növbəti devalvasiya bank və sığorta şirkətlərini çətin vəziyyətə sala bilər. Bütün bu və digər amillər hökuməti çətin seçim vəziyyətində qoyur. Tərəzinin bir gözündə devalvasiyanın tam təsdiq olunmayan ixrac faydası, digər gözündə artıq şahidi olduğumuz böyük zərəri durur. Hökuməti də bunu bilir, ona görə də Mərkəzi Bank müxtəlif alətlərdən istifadə edərək manatı üzməyə qoymur. Tədiyyə balansının vəziyyəti və neftin hazırki qiyməti hələki manatı qorumağa imkan verir".
İqtisadçı deyir ki, böyük ehtimalla hökumət imkan daxilində məzənnəni sabit saxlamağa çalışacaq:
"Ancaq hakimiyyətdə bununla bağlı vahid fikir yoxdur. Devalvasiya tərəfdarları və əleyhdarları var. Maliyyə nazirinin son dövrlər çıxışı birincilərin mövqeyi ilə üst-üstə düşür. Məhz bu məsələdə onun fikirlərini bölüşməməyə məcburuq. Növbəti devalvasiya, lap olsun yumşaq ucuzlaşma kövrək maliyyə sabitliyini poza bilər, faydası isə gözə görünməz. Neftin qiymətində kəskin ucuzlaşma olmasa, hökumət manatın ucuzlaşması siyasətindən ən azı növbəti ildə də çəkinməlidir. Əsas diqqət isə struktur islahatlara yönəlməlidir, çünki yaxın gələcəkdə neft onsuz da ucuzlaşacaq, bu dəfə həmişəlik”.
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
SOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxarıldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
ABŞ Yəməndəki husilərin mövqeyini bombalayıb
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
Magistraturaya qəbul: qeydiyyat başlayıb
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Açıqlama
Lənkəranda qəza: ata və oğul ölüb
Xankəndidə silah-sursat aşkarlanıb
Pensiyaya çıxan məşhur müğənni məbləğin azlığından şikayətləndi: "Pensiyaçıların Allahdan başqa yardımçıları yoxdur..."
Fələstinli cərrah Qlazqo Universitetinin rektoru seçilib
İstanbulda magistral yolda maşın atəşə tutulub - Yaralılar var
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan neftinin qiyməti 87 dollara enib
ABŞ-da terror: bıçaqlı şəxs əvvəlcə maşını camaatın üstünə sürüb, daha sonra... - 4 nəfər ölüb, 5 yaralı var
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb - FOTO
Kolumbiya argentinalı diplomatları ölkədən qovdu - "Qatil, terrorçu prezident" sözünə görə
İranlı aktyor sosial media fenomeni olan nişanlısını döyüb - FOTOLAR
Kılıçdaroğlundan saxta afişalara sərt reaksiya: "Bəli, bir gün öləcəyəm, amma..." - FOTO
Departament BMT məruzəçisinin hesabatını rədd etdi: "İsrail Qəzzada soyqırım törətməyib"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "Pullar danışır!”
Ramazanın 18-ci günü: imsak və iftar vaxtları
Prezidentin köməkçiləri, şöbə və sektor müdirləri... - Onların qəbul günləri bəlli oldu (CƏDVƏL)
Bakıda liftin qapıları arasında qalan 45 yaşlı qadın ölüb
"Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və..." - Rəsmi Bakı NATO-nin sabiq rəhbərini qınadı
Nazir "həmkarlar"ın sədrinə yüksək vəzifə verdi
Banan Azərbaycanda niyə baha satılır?