Şriftin ölçüsü / 142 dəfə oxunub

Neftin qiyməti, hasilat... - Nazir Pərviz Şahbazov səudiyyəli həmkarı ilə müzakirə aparıb

06 Dekabr 2018 [11:24]

Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə son dövrdə neftin qiymət dəyişikliyini şərtləndirən faktorlar, qısa və uzunmüddətli perspektivdə gözləntilər, qlobal neft bazarında tələb və təklifin vəziyyəti müzakirə edilib.

Görüşdə, həmçinin qiymət sabitliyi və balansın təmin olunması üçün hasilatın məhdudlaşdırılması təklifi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Eyni zamanda, neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın 2019-cu ildə də davam etdirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı Əməkdaşlıq Bəyannaməsi çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. 



SON XƏBƏRLƏR
11:32 22.02.2019
Riad Rəfiyev sədr oldu