Fransa çempionatında daha bir qarşılaşma etirazlara görə təxirə salınıb - Etirazlara görə

img

04-12-2018 [20:26]


Futbol üzrə Fransa çempionatında keçiriləcək daha bir qarşılaşma təxirə salınıb. 

"Report"un Fransa Liqa 1-in rəsmi saytına istinadən verdiyi məlumata görə, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. 

Bildirilib ki, çempionatın XVII turunda keçirilməsi planlaşdırılan "Tuluza" - "Lion" matçı təyin olunan vaxtda oynanılmayacaq. Görüşün Tuluza şəhər rəhbərliyinin tələbindən sonra təxirə salındığı vurğulanıb. 

Qeyd edək ki, matç dekabrın 8-də keçirilməli idi. Daha öncə Fransa çempionatında PSJ - "Monpelye" matçı eyni səbəbdən təxirə salınıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR