UEFA Bakıda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edəcək

img

03-12-2018 [17:16]


UEFA bu mövsüm Bakıda keçiriləcək Avropa Liqasının final matçında videotəkrar (VAR) sistemindən istifadə edəcək.

"Report" xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Daha əvvəl VAR-ın 2019-cu il UEFA Super Kuboku uğrunda matçda, 2020-ci il Avropa çempionatının final mərhələsində, 2020-2021 mövsümündə Avropa Liqasının qrup mərhələsindən etibarən və 2021-ci il Millətlər Liqasının finalında tətbiq olunacağı müəyyənləşib.  

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR