Türkiyədə İstanbul derbisi - "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi

img

02-12-2018 [23:01]


Bu gün Türkiyə super liqasında derbi oynanılıb.

Mia.az bildirir ki, "Beşiktaş" "Qalatasaray"ı qəbul edib.

Oyunda yeganə qol 18-ci dəqiqədə penaltidən vurulub. Belə ki, top Ərən Dərdiyokun əlinə dəydiyinə görə hakim "Qalatasaray"ın qapısına penalti təyin edib. Ljajic penaltini dəqiq yerinə yetirib - 1-0.

Gərgin geçən oyunda bundan sonra qol səsi çıxmayıb. 

Beləliklə, "Qara qartal" "Aslan"ı yenərək, 24 xalla 3-cü sıraya yüksəlib. Eyni xalı toplayan "Qalatasaray" top fərqinə görə 4-cü sıraya yuvarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR