"Zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq" - Rövnəq Abdullayev

img

02-12-2018 [18:31]


Bu gün İrlandiyanın paytaxtı Dublində keçirilmiş Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimindən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az-a açıqlama verib.

Rövnəq Abdullayev deyib ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var:

"Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm".

AFFA prezidenti millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edib: "Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR