ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq" - Rövnəq Abdullayev - mia.az
Şriftin ölçüsü / 102 dəfə oxunub

"Zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq" - Rövnəq Abdullayev

02 Dekabr 2018 [18:31]

Bu gün İrlandiyanın paytaxtı Dublində keçirilmiş Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimindən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az-a açıqlama verib.

Rövnəq Abdullayev deyib ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var:

"Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm".

AFFA prezidenti millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edib: "Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR