Şriftin ölçüsü / 118 dəfə oxunub

"Rəqiblərin gücünü reallığa görə dəyərləndirməliyik" - Qurbanovdan püşkə reaksiya

02 Dekabr 2018 [18:17]
Xəbər verdiyimiz kimi, bu gün İrlandiyanın paytaxtı Dublində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov bununla bağlı affa.az-a fikirlərini bildirib:

"Rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik" "Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır. Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar. Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə, biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik".

Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.


SON XƏBƏRLƏR