Əüblfəs Qarayev rəisləri topladı, tapşırıqlar verdi - Müşavirə

img

01-12-2018 [16:44]


 Cəlilabad rayonunda Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunan respublika müşavirəsi keçirilib. 

Nazirlikdən Mia.az-a veilən xəbərə görə, müşavirədə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin müvafiq struktur əməkdaşları, 15 regional mədəniyyət idarəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisləri, nümayəndələri iştirak ediblər.

Ə.Qarayev ölkədə həyata keçirilən mədəniyyət siyasəti haqqında ətraflı danışaraq vurğulayıb ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində mədəniyyət sahəsinin inkişaf səviyyəsi, idarəçiliyinin təkmilləşdirilməsi daha da yüksəlib.

Nazir bildirib ki, bu gün Azərbaycan mədəniyyəti dünyada geniş miqyasda təbliğ olunur: "Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın səyləri, bu sahəyə diqqət və qayğısı sayəsində mümkün olub. Azərbaycan xalqının yaratdığı mədəniyyət nümunələri UNESCO səviyyəsində də öz layiqli yerini tutmaqdadır. Bu günlərdə mədəni irsimizlə bağlı daha iki nümunə - Yallı rəqsi və "Dədə Qorqud” dastanı ilə bağlı nominasiyalar bəşəriyyətin xəzinəsinə daxil edildi”.

Diqqətə çatdırılıb ki, ötən illərdə qeyri-maddi mədəni irsimizin nümunələri olan Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, xalça sənəti, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Novruz bayramı, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən – ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin İçərişəhər və Qobustan UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Regional mədəniyyət idarələrinin fəaliyyətinə toxunan Ə.Qarayev bildirib ki, idarəçiliyin təkmilləşdirilməsi, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdiriləcək. Ölkənin zəngin mədəni sərvəti var və biz bu mədəniyyəti, mədəni xidmətləri günün müasir tələbləri səviyyəsində təqdim etməliyik. Bu işə gənc nəslin, müasir üslubları tətbiq edə biləcək kadrların cəlb olunmasına xüsusilə diqqət ayrılmalıdır. Həmçinin regionlarda keçirilən mədəniyyət tədbirlərinin səviyyəsinin artırılması, eləcə də media orqanlarında daha geniş işıqlandırılması olduqca vacibdir.

Müşavirəyə yekun vuran nazir regional idarələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR