Bakının əhali sayı açıqlandı - RƏSMİ

img

30-11-2018 [16:04]


Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11 min 300 nəfər artaraq oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273 min 900 nəfərə çatıb.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 1062 nəfər olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 22494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 təşkil edib. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.

Cari ilin doqquz ayı ərzində Bakı şəhərində 9980 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 11304 nikah və 3611 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,7 boşanmaların sayı isə 2,1 olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR