53 məktəbin bufetində yoxlama aparıldı

img

28-11-2018 [16:02]


"Qida Təhlükəsizliyi Agentiliyi və Təhsil Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq Bakı şəhərində yerləşən 53 ümumi təhsil müəssisəsində bufetlərin cari vəziyyəti, zəruri avadanlıqlarla təminatı və qida təhlükəsizliyi sahəsində texniki və normativ-hüquqi aktlardakı tələblərə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi həyata keçirilib. Monitorinqlər zamanı aşkar edilən nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilməsi və metodiki köməklik göstərilib”.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Bildirilib ki, 2018-2019-cu tədris ilində paytaxtın ümumi təhsil məktəblərində "Sağlam məktəbli” adlı maarifləndirici layihə çərçivəsində görüşlər keçirilir:

"Layihənin əsas məqsədi məktəblilər arasında qida təhlükəsizliyi anlayışını təbliğ etmək və şagirdlərə sağlam qidalanma vərdişlərini aşılamaqdan ibarətdir. Cari ilin sonunadək layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən bir sıra ümumtəhsil müəssisəsində müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR