Şəkidə maşın aşıb - 1 nəfər ölüb, 3-ü yaralanıb

img

26-11-2018 [23:08]


 Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Bolludərə kənd inzibati ərazisində, Sarıca-Bolludərə avtomobil yolunda qeydə alınıb.

Hələ ki, şəxsiyyəti bilinməyən Bolludərə kənd sakini sükanı arxasında olduğu "Chevrolet Niva” markalı, "99-MG-416" dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəzadan sonra sürücü hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olan rayonun Bolludərə kənd sakinləri - 1990-cı il təvəllüdlü İsmayıl Bəhram oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Xəyalə Elxan qızı Əhmədova və Xəyalənin övladı Həmayə Elçin qızı Əhmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan "Report”a bildirilib ki, yaralıların müalicələri xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır və orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR