Suriya ordusu Hələbə xlorlu mərmi atan terrorçulara cavab zərbələri endirib

img

25-11-2018 [12:11]


 Suriya ordusunun artilleriya bölmələri bazar günü xlorlu mərmi ilə Hələb şəhərinin yaşayış məhəllələrini atəşə tutan silahlı qruplaşmaların mövqelərinə cavab zərbələri endirib.

Bu barədə yerli "Suria" telekanalı məlumat yayıb.

Bildirilir ki, dəqiq zərbələr nəticəsində terrorçuların sıralarında xeyli sayda ölən var.

Hələbin polis idarəsinin rəisi general İssam əş-Şalli zəhərləyici maddə tərkibli döyüş sursatlarının tətbiqinə görə "Nüsra cəbhəsi" terror qruplaşmasını məsuliyyətli bilib.

Bundan əvvəl Hələb şəhərinə xlorlu mərmilərin atılması nəticəsində 50 nəfər zəhərlənib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR