Doğru Yol Partiyası qurucuları ziyalılar ilə görüşlər keçirir

img

24-11-2018 [21:02]


Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə Təşkilat Komitəsinin sədri Kəramət Salayev ziyalılar ilə görüşlərini davam etdirir.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, baş tutan növbəti görüş tarixçi alim, Milli Elmlər Akademiyasının tarix institunun əməkdaşı Yasəmən Qaraqoyunlu ilə keçirilmişdir. Görüşdə Azərbaycan tarixinin müxtəlif mərhələlərində milli mücadilə aparan təşkilat və şəxsiyyətlər, onların mübarizə yolu, millətimizin gələcək siyasi həyatında rol oynayan milli təmayüllü qüvvələrin güclənməsi müzakirə edilmişdir.

Görüşdə Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin üzvü Rövşən Zamanlı iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR