Prezidentdən akdemiklə bağlı - Sərəncam

img

23-11-2018 [18:03]


 Prezident İlham Əliyev akademik Valeri İvanoviç Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Mia.az bildirir ki, sərəncamda 2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120 illiyi tamam olduğu qeyd olunub.

Vurğulanıb ki, Akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr verib.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası akademik Valeri Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR