Azərbaycan futbolunda danışılmış oyunlar... - AFFA-da müzakirə

22-11-2018 [17:49]
AFFA-nın inzibati binasında profilaktik və maarifləndirici tədbirlər məqsədilə I Divizionda mübarizə aparan klubların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Mia.az AFFA-ya istinadən bildirir ki, görüşdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli çıxış ediblər.

Klublarda bu istiqamətdə marifləndirici işlərin aparılmasının vacibliyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Klub lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubların gənclər komandalarına maarifləndirici xarakterli təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub. 

Klublarda danışılmış oyunlarla bağlı əlaqələndirici şəxsin olması təklif edilib.


SON XƏBƏRLƏR