Rusiya XİN-dən azərbaycanlı əsirlərin dəyişdirilməsinə münasibət

img

22-11-2018 [12:49]


Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü təqdir edir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Jurnalistin "bir müddət əvvəl Azərbaycan Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə "hamının–hamıya” prinsipi üzrə Ermənistanla bütün əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi kimi sülhpərvər təşəbbüslə çıxış edib. Və beynəlxalq qrup məsələ ilə bağlı tərəflərin görüşünü plamlaşdırmışdı. Lakin Ermənistan əsirlərin bu prinsip üzrə qaytarılmasından imtina etdi. ATƏT-in Minsk qrupunun həmsədri kimi Moskva İrəvanın bu addımını necə şərh edərdi?” sualına Zaxarova cavab verib.

"Bilirsiniz, biz tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi başlıca vəzifəyə uyğun olan istənilən sazişi təqdir edirik. Lakin sazişlər razılığı ehtiva və bu razılığa nail olunması istiqamətində işləri nəzərdə tutur. Ona görə də (Azərbaycanın) bu cür təşəbbüslər(i) çox yaxşıdır, amma onların razılaşmaya çevrilməsi üçün işlər görülməlidir” – deyə XİN rəsmisi vurğulayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR