“Rza mənə niyə arxalanmalıdır ki?” - Deputatdan aktryor-direktor davasına münasibət

img

21-11-2018 [16:04]


"Rza mənə niyə arxalanmalıdır ki? Mən ona arxalanıram. Rza Rzadır. O heç kimə arxalanmır”.

Mia.az xəbər verir ki, bunu "qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas aktyor Rza Rzayevin ona arxalanıb müəllimi döyməsi haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

Deputat bildirib ki, R. Rzayev Azərbaycanın qeyrətli oğlu, gözəl kinorejissorudur: 

"Rza öz evini satıb Xocalı haqqında film çəkən oğlandır. Vətənpərvərdir. Niyə Rza mənə arxalansın ki? Əvvəlcə, getsinlər o müəllimin işini araşdırsınlar və görsünlər ki, o müəllim doğrudan da müəllimliyə layiqdir, ya yox? Vəssalam”.


Digər xəbərlər
SON XƏBƏRLƏR