Kosovoda azərbaycanlı jurnalistin çantası oğurlanıb - Təyyarə reysi buna görə yubanıb

img

21-11-2018 [11:13]


 UEFA Millətlər Liqasında son turun Kosovo-Azərbaycan matçından sonra Priştinaya ezam olunmuş jurnalistlərdən biri – azerisport.com saytının əməkdaşı Ruslan Mikayıllı xoşagəlməz hadisə ilə üzləşib.

"Report" xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Bernar Şallandın mətbuat konfransı zamanı jurnalistin çantası yoxa çıxıb.

Çantada səfər əşyları ilə yanaşı, R.Mikayıllının ümumvətəndaşlıq pasportu da olub. Stadionun ərazisindəki axtarışlar fayda verməyincə, yerli polis orqanlarına müraciət edilib, habelə Kosovo Futbol Federasiyasına məlumat verilib. Məsələnin uzanması Priştina-Bakı reysinin də bir qədər yubanmasına səbəb olub. Yalnız AFFA-nın yüksək vəzifəli şəxslərinin Kosovo Futbol Federasiyasının rəhbərliyi ilə əlaqə qurması və müdaxiləsindən sonra Mikayıllının çantası tapılıb.

Qeyd edək ki, oyun Kosovonun qələbəsi ilə yekunlaşıb - 4:0.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR