Tramp jurnalistin qətli ilə bağlı vəliəhdi şübhə altına aldı, “ikibaşlı mesaj” verdi – Bazarlıq planı, yoxsa...?

img

21-11-2018 [10:17]


ABŞ prezidenti Donald Tramp jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı Səudiyyə şahzədəsi, vəliəhd Məhəmməd bin Salmanı şübhə altına alan gözlənilməz bəyanat verib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Tramp ABŞ kəşfiyyatının jurnalistin qətlini araşdırmaya davam etdiyini deyib.

Əlavə edib ki, bu cinayətdə şahzadənin məlumatlı olduğunu istisna etmir: "Vəliəhd şahzadənin bu dəhşətli hadisədən xəbərdar olma ehtimalı var. Bəlkə bilirdi, bəlkə bilmirdi”.

Tramp bəyan edib ki, Xaşuqcinin qətli məsələsində ABŞ fərqli yol da tuta bilər: "Xaşuqcinin qətli qorxunc bir cinayətdir. Bu cinayətlə bağlı bütün gerçəklərin ortaya çıxmayacağı da mümkündür. Bizim üçünsə, əsas ABŞ-ın təhlükəsizliyidir. Təhlükəsizliyimiz ön planda olduğu müddətdə bütün fikirlərə açıq olacağıq”. 

Tramp daha sonra bildirib ki, Səudiyyə Ərəbistanı İrana qarşı savaşda ABŞ-ın əsas müttəfiqidir: "Biz öz mənfəətlərimiz, həmçinin İsrail və bölgədəki digər müttəfiqlərimiz üçün Səudiyyə Ərəbistanı ilə sarsılmaz tərəfdaş olmağa davam etmək istəyirik. Ötən il Ər-Riyada səfərimdə böyük bazarlıq nəticəsində ABŞ-a 450 milyard dollar sərmayə qoymalarına razı oldular. Bu, rekord məbləğdə vəsaitdir”.

Yeri gəlmişkən, xatırladaq ki, buna qədər Tramp Xaşuqcinin qətli ilə bağlı vəliəhd Məhəmməd bin Salmanın adının hallanmasını qətiyyətlə rədd edirdi. O hətta "səs yazısının olması hələ onun günahkar olması demək deyil”, – deyə bəyanatda vermişdi.

Bugünkü açıqlaması isə göstərir ki, Tramp Ər-Riyad rejimi ilə daha bir "böyük bazarlığa” getməklə, jurnalistin qətlini arxa plana da keçirə bilər. Hər halda "ikibaşlı” açıqlamalardan bu məqsədin "quyruğu” açıq görünür…


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR