Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edib - Siyahı

img

20-11-2018 [18:50]


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, yanvar-oktyabr aylarında ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 4 milyard 426 milyon 747 min ABŞ dolları, Türkiyəyə 1 milyard 480 milyon 33 min dollar, İsrailə isə 1 milyard 895 min dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 700 milyon 933 min ABŞ dolları, Türkiyə ilə 2 milyard 789 milyon 690 min dollar, Rusiya ilə isə 1 milyard 992 milyon 89 min dollar dəyərində olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR