Polşa hökuməti BMT-nin qlobal sazişini imzalamaqdan imtina edib - Miqrasiya ilə bağlı

img

20-11-2018 [17:46]


Polşa hökuməti BMT-nin miqrasiya üzrə qlobal sazişini imzalamaqdan imtina edib.

Bu barədə bəyanatı Polşanın milli müdafiə naziri Mariuş Blaşak Polşa radiosunun efirində səsləndirib.

"Bu, miqrasiya böhranını həll etməyəcək, əksinə, onu kəskinləşdirəcək və nəticələrini daha da ağırlaşdıracaq”, - deyə nazir bildirib.

BMT-nin təhlükəsiz, nizamlı və müntəzəm miqrasiya barədə qlobal sazişi bu ilin dekabrında Mərakeşdə keçiriləcək beynəlxalq konfransda rəsmən təsdiq edilməlidir. ABŞ hələ 2017-ci ildə sazişlə bağlı danışıqlardan çıxıb. Prezident Donald Tramp bildirib ki, sənəd ölkəsinin miqrasiya siyasəti ilə qətiyyən bir araya sığmır.

Avstriya sazişdən bu il oktyabr ayının sonlarında çəkilib. Bunun ardınca bir sıra digər dövlətlər, o cümlədən Çexiya, Bolqarıstan, Macarıstan da sənədin ölkələrinin maraqlarına zidd olması barədə bəyanatlarla çıxış ediblər/Azərtac.

Digər xəbərlər
SON XƏBƏRLƏR