İnam Kərimov Tərtərə gedir - Qəbul

img

20-11-2018 [17:22]


Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də, saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirməli olduğu vətəndaş qəbulunun vaxtı noyabrın 24-nə dəyişdirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Mia.az-a verilən məlumata görə, qəbulda Tərtərlə yanaşı, Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonlarının sakinləri də iştirak edə bilərlər.

Görüşdə iştirak etmək üçün Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət etmək olar.

Qəbula yazılmaq üçün həmçinin Nazirliyin "Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR