Şəbəkə itkiləri, elektrik enerjisi təchizatında fasilələr və... - ˝Elektrik enerjisi təchizatının keyfiyyəti˝ adlı seminar + FOTO

img

20-11-2018 [15:54]


Bu gün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ˝Elektrik enerjisi təchizatının keyfiyyəti˝ adlı seminar keçirilib. 

Energetika Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, tədbir qurumla EBRD arasında "Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə 8 sentyabr 2017-ci il tarixində imzalanmış Niyyət Protokolu çərçivəsində baş tutub.

Seminarda CEER ekspertləri Latviyanın Kommunal Xidmətlər üzrə Komissiyasının sədri Rolands İrklis və İrlandiyanın Kommunal Xidmətlərinin Tənzimlənməsi üzrə Komissiyasının Elektrik şəbəkələr üzrə meneceri Robert OʼRurk elektrik enerjisi təchizatı sahəsində keyfiyyətli xidmətin təmin olunması istiqamətində Avropa ölkələrində həyata keçirilən tədbirlərdən danışıblar. Ekspertlərin təqdimatları xidmət keyfiyyətinin müxtəlif səviyyələri, şəbəkə itkiləri, elektrik enerjisi təchizatında fasilələr, gərginlik dəyişmələri və tezliyin tənzimlənməsi kimi mövzuları əhatə edib.

Bildirilib ki, belə təcrübə mübadiləsi gələcəkdə elektrik enerjisi təchizatı sektorunda xidmət keyfiyyətinin yüksəldilməsi və istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlərə töhfə verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR