20-11-2018 [13:27]
Prezident İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu qəbul edib.
Mia.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Rusiya arasında digər sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinin arasında da ənənəvi olaraq uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirib, eyni zamanda, bu sahədə əlaqələrin daha da fəallaşdırılmasının vacibliyini qeyd edib. Bu baxımdan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası KİV nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri ictimaiyyətin ölkələrimizdə baş verən proseslər barədə daha çox məlumatlı olması işinə kömək edə bilər. Eyni zamanda, dövlət başçısı qeyd edib ki, bu cür səfərlər ölkələrimiz arasında bu gün çox uğurla inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından da önəmlidir. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində Azərbaycanın və Rusiyanın dövlət başçılarının qarşılıqlı səfərləri və mütəmadi görüşlərinin xüsusi rol oynadığını qeyd edib. Dövlət başçısı Vladimir Solovyovun səfərinin jurnalistika sahəsində əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Prezident İlham Əliyevlə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir və çox yüksək səviyyədədir. Qonaq Azərbaycanda Rusiya mədəniyyətinə, mətbuatına böyük hörmətlə yanaşıldığını qeyd edərək, məmnunluq hissi ilə ölkəmizdə bütün Rusiya televiziya kanallarının yayımlandığını bildirib. O, Rusiya jurnalistlərinin azərbaycanlı həmkarları ilə daim qarşılıqlı əlaqələr saxlamaq istəyində olduqlarını deyib. Vladimir Solovyov bu baxımdan noyabrın 19-da Azərbaycan Mətbuat Şurası və Rusiya Federasiyası Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun əhəmiyyətini vurğulayıb.
NAXÇIVANIN BAŞ NAZİRİ VƏÖZİFƏDƏN AZAD OLUNDU - Yeni təyinat
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb