20-11-2018 [13:12]
Prezident İlham Əliyev bu gün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin dövlət başçıları arasında müntəzəm görüşlərin əlaqələrimizin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib və bu görüşlərin ölkələrimizi bir-birinə daha da yaxın etdiyini bildirib.
Prezident İlham Əliyev bildirib ki, bu il Bakıda Türkiyə zabitlərinin də iştirak etdiyi iki hərbi paradın keçirilməsi, xüsusilə Bakının işğaldan azad edilməsi ilə bağlı təşkil edilmiş hərbi parad bütün dünyada böyük maraqla izlənilib və bu tədbirlər bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirib.
Dövlət başçısı hərbi sahədə əməkdaşlığımızın genişlənməsində Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərinin böyük önəm daşıdığını bildirib. Prezident İlham Əliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşdən böyük qurur hissi keçirdiyini bildirib. Yaşar Güler qeyd edib ki, bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycan ortaq tarixə, mədəniyyətə malikdirlər və ölkələrimiz arasında strateji iş birliyi gündən-günə möhkəmlənməkdədir. O, bir daha Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə dövlət başçısını təbrik edib və bu əlamətdar hadisədən Türkiyənin də qürur hissi keçirdiyini vurğulayıb. Yaşar Güler Azərbaycanın gələcəkdə də böyük inkişafa nail olacağına əminliyi ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Yaşar Güler qeyd edib ki, bu, Azərbaycan üçün önəmli olduğu qədər Türkiyə üçün də önəmli məsələdir.
Söhbət zamanı noyabrın 21-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan ordu rəhbərlərinin görüşünün əməkdaşlığın genişlənməsi baxımından önəmi qeyd edilib.
Sonda Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib