"Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlu vəfat edib

img

20-11-2018 [12:13]


Bu gün "Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlu vəfat edib.

Mia.az bildirir ki, "Savalan" qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Hələ uşaq ikən musiqiyə marağının böyük olduğunu deyir. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. 

N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. "Savalan" qrupunun bədii rəhbəri institutda oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib.

İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. İnstitutu bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə "Savalan" qrupu yaradılıb.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR