Gəncədə yaşayış binasında güclü partlayış: ölən və yaralananlar var - FOTO, VİDEO ( Yenilənir)

img

20-11-2018 [09:52]


Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, dağıntılar altından 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb.

N.Tağıyevanın orta məktəb müəllimi olduğu bildirilir.

Axtrışlar davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış zamanı yaralının dağıntılar altından çıxarılması barədə görüntüləri yayıb.

Mia.az FHN-ə istinadən xəbər verir ki, həmin şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur. Onun hərbçi olduğu bildirilir və hazırda Hərbi Hospitala yerləşdirilib. O.Məmmədli xilas edilərkən hərbi formada olub.

Qeyd edək ki, qaz sızması nəticəsində 4 mərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cumalın meyiti çıxarılıb.

Dağıntılar altında qalanlar var.

***

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub.

Dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasdına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir/Report. 

***

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. 

Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb. 

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. 

***

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Faktla bağlı araşdırma aparılır/Report.

 



Digər xəbərlər
SON XƏBƏRLƏR