Baş nazirin müavininin köməkçisi: "Bu, tam yalan bir məlumatdır..."

img

18-11-2018 [15:55]


15 noyabr 2018-ci il tarixində Mia.az saytında  Unikal.org-a istinadən  "Əli Həsənovla bağlı şok məlumat - 2 milyard manat mənimsəyib”  başlıqlı yazı verilib.

Bununla bağlı Mia.az-a açıqlama verən Azərbaycan Respublikasının Baş naziri müavini Əli Həsnovun köməkçisi Ramin Talıblı bildirib ki, həmin yazı  heç bir həqiqətə uyğun olmayan, tam yalan bir məlumatdır: 
"Həmin yazının  digər xəbər portalları vasitəsi ilə də məsələnin araşdırılmadan yayılması dərin təəssüf hissi doğurur. Belə bir faktın və mənbənin olmadığı, sadəcə kiməsə və kimlərəsə şər  atmaqla ucuz reytinq qazanmaq niyyəti daşımaqdan başqa bir şey deyildir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR